3 uşaq anası ərini qanına qəltan etdi

3 uşaq anası ərini qanına qəltan etdi

15 Aprel 2013 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı rayonunda ərlə-arvad arasında baş verən bıçaqlam hadisəsinin təfərrüatları bəlli olub. Məlumata görə, Şamaxının 2-ci Cabanı kəndində 35 yaşlı Mehparə Qəribova 42 yaşlı əri Nizami Dərvişovu bıçaqlayandan sonra polisə təslim olub. Hadisəyə səbəb isə ailə üzvləri arasında bir müddətdir ki, davam edən mübahisə olub. Qadın arvad əri tərfindən dəfələrlə döyüldüyünü söyləyib. Hər gün evə içkili gələn ər arvadını qəddarlıqla döyərək ona zülm edirmiş. Bütün bunlardan bezən arvad əlini bıçağa atıb. Qeyd edək ki, hadisədən sonra Nizami Dərvişov ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Üç uşaq anası Mehparə Qəribovanın həyat yoldaşını ölümcül bıçaqladığı üçün hazırda polislər tərfindən saxlanılır. Məlumata görə ərlə arvad nikah müqaviləsi bağlamadan qeyri-rəsmi ailə quraraq yaşayırdılar. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

O.M.