Azərbaycanda 12 aprelin kriminal xronikası

Azərbaycanda 12 aprelin kriminal xronikası

13 Aprel 2013 13:11
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 49 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınmış, onların da 24-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər yaralanmışdır.
  • 5 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.

Qısqanclıq zəminində Sumqayıt şəhər sakini E.Hüseynovu bıçaqla qətlə yetirmiş N.İsmayılov tutulmuşdur

Aprelin 12-də Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində Saray qəsəbə sakini Natiq İsmayılov qısqanclıq zəminində şəhər sakini Elvin Hüseynovu bıçaqla qətlə yetirmişdir. Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.İsmayılov tutulmuşdur.

Ağdaş rayonunun Ləki qəsəbəsindəki "Ləki" restoranında pnevmatik tapançadan atəş açaraq E.Qasımova xəsarət yetirmiş Ş.Həsənov və onunla birgə olan digər iki şəxs tutulmuşlar

Aprelin 12-də Ağdaş rayonunun Ləki qəsəbəsindəki "Ləki" restoranında Qolqəti kənd sakini Şakir Səmədov, Ucar rayon sakini Mehman Məmmədov, Göyçay rayon sakinləri Etibar Qasımov, İlqar Əliyev və Rusiya Federasiyası vətəndaşı Şöhrət Həsənov arasında münaqişə baş vermişdir. Bu zaman Ş.Həsənov pnevmatik tapançadan atəş açaraq E.Qasımova, E.Qasımov isə şüşə parçası ilə Ş.Həsənova xəsarət yetirmişlər. Sonradan Ş.Həsənov və Ş.Səmədov köməyə çağırdıqları Ağdaş rayon sakini Pərviz Ağayevə məxsus "HERTON" markalı avtomaşında hadisə yerindən getmişlər. Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşın Ləki qəsəbəsi ərazisində saxlanılmış, Ş.Həsənov, Ş.Səmədov və P.Ağayev tutulmuşlar. Avtomaşına baxış zamanı 1 ədəd pnevmatik tapança aşkar edilərək götürülmüşdür. Faktla əlaqədar cinayət işi başlanmışdır. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Nəsimi rayonu ərazisində yaşayan Yardımlı rayon sakini S.Zeynalov "Panax Set", "Mavi Boncuk" dərman preparatlarını və digər qida əlavələrini satarkən saxlanılmışdır

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində kirayədə yaşayan Yardımlı rayon sakini Sahib Zeynalov 12 qutu "Panax Set", 10 qutu "Mavi Boncuk" dərman preparatlarını və digər qida əlavələrini 580 manata satarkən saxlanılmışdır. S.Zeynalovun evinə baxış zamanı oradan əlavə 1518 ədəd "Panax Set", "Mavi Boncuk" qida əlavələri, 693 qutu və xeyli sayda holoqramlar aşkar edilərək götürülmüşdür.

Sabirabad rayon sakini R.Şıxəliyevə məxsus inəkləri oğurlamış şəxslər tutulmuşlar

Baş Cinayət-Axtarış İdarəsi və Sabirabad RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də Rauf Şıxəliyevə məxsus 4 baş inəyi oğurlamış Kovlar kənd sakinləri Şahmur Ağayev, Bəhrəm Quliyev, Axısxa kənd sakini Rövşən Ağayev və Xəlfəli kənd sakini Eldar Qasımov tutulmuşlar.

Münaqişə zəminində qonşusuna bıçaqla xəsarət yetirmiş Quba rayon sakini F.Abdullayev tutulmuşdur

Aprelin 12-də Quba rayonunun Qam-qam kəndində kənd sakini Firdovsi Abdullayev münaqişə zəminində bıçaqla qonşusu Azər Qəribova xəsarət yetirmişdir. Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Abdullayev tutulmuşdur.

Aprelin 11-də E.Kərimova bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmış T.Ağayev tutulmuşdur

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də Elman Kərimova bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmış Taleh Ağayev tutulmuşdur.

Üç avtomaşın qaçırmış Bakı şəhər sakini N.Əsgərov tutulmuşdur

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərrəhman İmaməliyevə məxsus "VAZ-2106" markalı, Qvadin Bayramova məxsus "VAZ-2107" markalı və Fuad Baxışova məxsus "VAZ-2103" markalı avtomaşınları qaçırmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Əsgərov tutulmuşdur.

Yanvarın 9-da E.Bağırova məxsus avtomaşından oğurluq etmiş Bakı şəhər sakini N.Əsgərov tutulmuşdur

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Elvin Bağırova məxsus "VAZ-2106" markalı avtomaşından şəxsi sənədlərini oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Əsgərov tutulmuşdur.

2012-ci ilin dekabrında C.Cəfərliyə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini M.Yarıyev tutulmuşdur

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il dekabrın 29-da Cavidan Cəfərliyə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Müseyib Yarıyev tutulmuşdur.

Aprelin 2-də M.Məmmədovun evindən oğurluq etmiş Bakı şəhər sakini Q.Nağıyev tutulmuşdur

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Müzəffər Məmmədovun evindən 113 manatını və mobil telefonunu oğurlamış Bakı şəhər sakini Qədir Nağıyev tutulmuşdur.

Bakı şəhər sakini E.Məmmədovun evindən oğurluq etmiş Sumqayıt şəhər sakinləri R.İsayev və V.Ağaməliyev tutulmuşlar

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də Bakı şəhər sakini Elşən Məmmədovun evindən 110 manat, 1 ədəd noutbuk, 1 ədəd DVD, 1 ədəd modem və 2 ədəd səsgücləndiriciləri oğurlamış Sumqayıt şəhər sakinləri Rövşən İsayev və Vəli Ağaməliyev tutulmuşlar.

Aprelin 11-də Yevlax rayon sakini M.Əliyevin pulunu və mobil telefonunu əlindən alanın şəxsiyyəti müəyyən edilmişdir

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Müzəffər Məmmədovun evindən 113 manatını və mobil telefonunu oğurlamış Bakı şəhər sakini Qədir Nağıyev tutulmuşdur.

Sumqayıt şəhəri ərazisində iki avtomaşından oğurluq etmiş şəxslər saxlanılmışlar

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Emin Həsənova məxsus "VAZ-2107" markalı və Bəhruz Eyvazova məxsus "VAZ-2106" markalı avtomaşınlardan 500 manat, 1 ədəd fləş kart və maqnitofon oğurlamış Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Camal Mikayılov və şəhər sakini Elvin Allahverdiyev saxlanılmışlar.

Göygöl rayonu ərazisində "VAZ-2107" və "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur

Aprelin 12-də saat 17.10 radələrində Göygöl rayonu ərazisində Çingiz Rzayevin idarə etdiyi "VAZ-2107" markalı və Füzuli qəsəbə sakini Tural Alıyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış Ç.Rzayev və sərnişini Yalçın Orucov xəstəxanaya yerləşdirilmişlər. Ç.Rzayev orada ölmüşdür. Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

İki nəfər dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

Aprelin 12-də Samux rayon sakini Zabit Mahmudov, Abşeron rayonu Masazır qəsəbə sakini Mircavan Mirzəyev dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Sumqayıt şəhər sakini E.Allahverdiyev dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

Aprelin 11-də Sumqayıt şəhər sakini Eldar Allahverdiyev mənzilindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

O.M.