Saxta dərmanlar satarkən qandallandı

Saxta dərmanlar satarkən qandallandı

13 Aprel 2013 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda saxta dərman satışının qarşısını alıblar. Yardımlı rayon sakini, 26 yaşlı Sahib Zeynalov "20 Yanvar" metro stansiyasının yaxınlığında mənşəyi məlum olmayan dərman və qidar məhsulları satarkən saxlanılıb. Saxta dərmanlar Sahib Zeynalovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzildəndə aşkar edilib. O, ifadəsində dərmanları karqo ilə Azərbaycana gətirdiyini etiraf edib.
Bundan başqa, Ramana qəsəbəsində Neftçala rayon sakini, 35 yaşlı Seymur Əliyeva məxsus sexdə standartlara uyğun olmayan keyfiyyətsiz sement istehsalı aşkar edilib. Sexə baxış keçirilərkən 190 tondan çox kefiyyətsiz sement tapılıb. Baş İdarənin əməkdaşları Abşeron rayonu ərazisində, eləcə də, Bakı-Şamaxı yolunda yerləşən tikinti materialları mağazalarında keyfiyyətsiz boyaların satıldığını müəyyən ediblər. Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edir ki, istehlak bazarında ərzaq, tikinti və dərman preparatları əldə edərkən istehsalçı və ya satıcıdan mənşə, uyğunluq və gigiyenik sertifikatları tələb etsinlər.

O.M.