Avtoyuma məntəqəsinin işçisi çörəyinə haram qatdı

Avtoyuma məntəqəsinin işçisi çörəyinə haram qatdı

12 Aprel 2013 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda maşını yudurmaq istəyi şəhər sakininə baha başa gəlib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 8-i saat 22:00-dan aprelin 9-u saat 09:00-dək olan müddətdə Çernyayevski küçəsində yerləşən avtoyuma məntəqəsindən Elçin Hacıyevə məxsus "Honda-Accord" markalı avtomaşın qaçırılıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, qeyd olunan avtoyuma məntəqəsinin işçisi Taleh Məmmədov aprelin 11-də avtomaşınla birlikdə Nərimanov RPİ 18-nin əməkdaşları tərəfindən saxlanılıb.

O.M.