61 saylı orta məktəbə hücum olub

61 saylı orta məktəbə hücum olub

11 Aprel 2013 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
10-cu sinif şagirdi vəhşicə döyülüb

Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən məktəbdə xuliqanlıq hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, aprelin 10-da saat 11 radələrində iki nəfər naməlum şəxs (18-19 yaşlarında) 61 saylı orta məktəbə gəlib. Həmin şəxslər həmin məktəbin 10-cu sinif şagirdi Ələkbərli Bayar Hikmət oğlunu vəhşicəsinə döyüblər. Daha sonra məktəblinin mobil telefonunu götürən gənclər məktəb ərazisindən uzaqlaşıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan B.Ələkbərli xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları, həmin gənclərin orta məktəbə hansı səbəbdən gəlməsi hələlik məlum deyil.

O.M.