Rəqsanə: “Mənə böhtan atırlar”

Rəqsanə: “Mənə böhtan atırlar”

10 Aprel 2013 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Mənə böhtan atırlar. Bu qız, yəni Təranə (keçmiş prodüsseri Təranə İsmayılova-red.) yenə boş-boş danışır. Eyni söhbətlərdir. Mətbuata çıxan yazılara baxıram. Ay məni tuturlar, ay nə bilim axtarışa veriblər. Qız dincəlmir də". Bu barədə Rəqsanə İsmayılova Lent.az-ın müxbirinə açıqlamasında bildirib. Müğənni qeyd edib ki, yaxın saatlarda baş verənlərlə bağlı rəsmi açıqlama verəcək.
Qeyd edək ki, Suraxanı rayon Polis İdarəsi müğənni Rəqsanə İsmayılovanın axtarışa verildiyini bildirib. R. İsmayılova barəsində 5 nəfərin şikayət ərizəsi əsasında istintaq araşdırması başlanılıb. Bu şəxslər müxtəlif epizodlar üzrə müğənninin onların etimadından sui-istifadə edərək, aldadıldıqlarını, külli miqdarda vəsaitlərinin mənimsənildiklərini bildirirlər.

O.M.