Sumqayıtda 25 yaşlı oğlanı öldürdülər

Sumqayıtda 25 yaşlı oğlanı öldürdülər

10 Aprel 2013 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Şəhər Polis İdarəsindən verilən məlumata görə, 25 yaşlı Rəşid İbişov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla əlaqədar cinayət işi açılıb. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində R.İbişovu qətlə yetirmiş 22 yaşlı Mahir Dəmirov müəyyən edilib və saxlanılıb. Araşdırmalar davam etdirilir.

O.M.