300 qram marixuananı 300 ABŞ dollarına satmaq istərkən...

300 qram marixuananı 300 ABŞ dollarına satmaq istərkən...

10 Aprel 2013 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsi narkotik vasitə satan şəxsi iş başında yaxalayıb. Narkotik vasitə olan qurudulmuş marixuananın alqı-satqısı ilə məşğul olmaqda təqsirli bilinən şəxs Gəncə sakini Arif Allahverdiyevdir. O 300 qram marixuananı 300 ABŞ dollarına şərti alıcıya satarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, Arif Allahverdiyevin yaşadığı mənzilə də baxış keçirilib və oradan 7 kq narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitəni yol kənarından yığdığını, onun alqı-satqısı ilə məşğul olmadığını deyir. Saxlan Arif Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 234-cü, yəni narkotik vasitələr və psixotrop maddələri əldə etmə, saxlama, gəzdirmə, satma, istifadə etmə maddəsi ilə cinayət işi açılıb. Hazırda saxlanılan şəxsin digər cinayətlərdə əlinin olub-olmaması araşdırlır.

O.M.