Şəmkir sakini həmkəndlisini bıçaqlayaraq qaçıb

Şəmkir sakini həmkəndlisini bıçaqlayaraq qaçıb

9 Aprel 2013 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gecə saat 00.30 radələrində rayonun Dəllər Cəyir kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Ruslan Əliyev bədəninin müxtəlif hissələrindən aldığı bıçaq yaraları ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun səhhətinin normal olduğu bildirilir. Polisdən bildirilib ki, R. Əliyevi bıçaqlayan onun həmkəndlisi Hüseynalı Bayramov olub. Polisdən gizləndiyi üçün hələ ki, onu saxlamaq mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb. Cinayəti törədənin tapılması istiqamətində tədbirlər həyata keçirilir.

O.M.