Gənc qızın maşınından 1800 manat dəyərində çanta oğurlanıb

Gənc qızın maşınından 1800 manat dəyərində çanta oğurlanıb

8 Aprel 2013 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Səbail rayonu ərazisində oğurluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Rəşid Behbudov küçəsində naməlum şəxs 1985-ci il təvəllüdlü Əliyeva Leyla Şahin qızına məxsus "Kia" markalı avtomobilin arxa şüşəsini sındırıb. Maşının arxa oturacağından L.Əliyevanın rəfiqəsi Tatlıyeva Nərminə Namiq qızına məxsus əşyalar oğurlanıb. Oğurlanan əşyalar arasında sənədlər, kosmetika və 1800 manat dəyərində "Celine" markalı əl çantası da olub.
Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

O.M.