Dələduzluqda ittiham olunan Aygün Kazımovanın qardaşına 11 il iş istənilib

Dələduzluqda ittiham olunan Aygün Kazımovanın qardaşına 11 il iş istənilib

8 Aprel 2013 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artistinin qardaşı külli miqdarda ziyan vurub

Bakı Ağır Cinayətlər Məhkəməsində "Əsgəroğlu-K" MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə dövlət ittihamçısı çıxış edib. O, K.Kazımovun 11 il 6 ay, Y.Kiyasov və O.Polkovanın hər birinin 10 il, E.Əkbərovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses aprelin 12-də davam etdiriləcək. Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunur. Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.

O.M.