"Mən rəisin bacısı oğluyam!" - deyə polisin poqonunu cırdı

"Mən rəisin bacısı oğluyam!" - deyə polisin poqonunu cırdı

8 Aprel 2013 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Sərxoş gənclər polis əməkdaşlarına zor tətbiq ediblər. Dünən saat 21 radələrində Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub. Mayakovski küçəsi-9 ünvanında yerləşən kafenin müştəriləri ilə polis əməkdaşları arasında yaranan mübahisə sonradan davaya çevrilib. Sərxoş gənclər bir neçə polis əməkdaşına zor tətbiq ediblər, onlardan birinin poqonunu cırıblar. Dalaşan gənclərdən biri: "Mən rəisin bacısı oğluyam", - deyib və polis əməkdaşlarına qarşı zorakılıqda xüsusi fəallığı ilə seçilib. Sonra əraziyə Post-Patrul Xidmətinin bir neçə avtomobili və xeyli sayda polis əməkdaşı gəlib. Lakin onlar sərxoş gənclərə müdaxilə etməyiblər. Bir neçə dəqiqə hadisə yerində dayanan və baş verənləri müşahidə edən polis əməkdaşları ərazini tərk ediblər. Sərxoş gəncləri yalnız bundan sonra sakitləşdirmək mümkün olub.
Hadisəni izləmək üçün əraziyə vətəndaşlar toplaşıb və Mayakovski küçəsində avtomobillərin hərəkətində problem yaranıb. Nərimanov rayon Polis İdarəsindən məlumat almaq mümkün olmayıb. İdarənin növbətçi hissəsindən Anspress-ə bildirilib ki, onlarda kütləvi dava ilə bağlı heç bir məlumat yoxdur.

O.M.

O.M.