Şəkidə bıçaqlaşma olub

Şəkidə bıçaqlaşma olub

8 Aprel 2013 09:20
Bəyəndim (0) Bəyənmədim (0)

Şəkidə dünən saat 18 radələrində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı münaqişə zəminində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə Şəki şəhəri 20 Yanvar küçəsində baş verib. Qeyri-rəsmi məlumatlara görə, Süleymanov Ramil Rahim oğlu münaqişə zəminində Şəki şəhər sakinləri İmanov Əjdər Aftandil oğluna və Lətifov Azər Zəkəriyyə oğluna bıçaq xəsarətləri yetirib. Xəsarət alan şəxslər dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılardan Lətifov Azər ambulator müalicə aldıqdan sonra evə buraxılıb. Digər şəxs isə sol qabırğaaltı nahiyədən deşilmiş-kəsilmiş xəsarət alıb.
Hal-hazırda xəstənin vəziyyəti orta ağır hesab edilir. Hadisə yerində isə Süleymanov Ramil Rahim oğluna məxsus 42-BE-218 dövlət nömrə nişanlı "VAZ 21051" markalı avtomobil zədələnmiş halda olub.

Qeyri-rəsmi məlumatlara görə, hadisə zamanı Süleymanov Ramil Rahim oğlu ilə İmanov Əjdər Aftandil oğlu arasında münaqişə yaranıb. Bu zaman həmin ərazidə olan Lətifov Azər mübahisə edənləri ayırmaq istərkən Süleymanov Ramil hər iki şəxsə xəsarət yetirib. Hadisəni törədən şəxs oradan qaçıb. Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır. Hədisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

O.M.