Avtobuslarda cibə girənlər tutuldu

Avtobuslarda cibə girənlər tutuldu

6 Aprel 2013 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda sərnişin avtobusunda cibgirlik edən şəxslər yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinərək yaxalananlar - Ramil Məmmədovdan 1 qramdan artıq heroin, əvvəllər məhkum olunmuşlar Abdulla Abdullayevdən 28 qramdan artıq və İsmayıl Hüseynovdan 33 qramdan artıq həşiş aşkar edilib. Müəyyən edilib ki, onlar aprelin 5-də 85 saylı xətt avtobusunda Mehdi Məmmədovun cibindən 120 manat və bankomat kartı oğurlayıblar.

O.M.