Azərbaycanda 04 aprelin kriminal xronikası

Azərbaycanda 04 aprelin kriminal xronikası

5 Aprel 2013 13:58
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 50 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınmış, onların da 19-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 8 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 5 nəfər yaralanmışdır.
  • 7 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 14 nəfər tutulmuşdur.

Bakı şəhər sakini C.Cəfərov tanışı Bəxtiyarı qətlə yetirdiyinə görə tutulmuşdur

04.04.2013

Aprelin 5-də saat 03.30 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Cəfər Cəfərov münaqişə zəminində bıçaqla tanışı Bəxtiyarı qətlə yetirmişdir.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Cəfərov tutulmuşdur.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Münaqişəsi zəminində atasını bıçaqla qətlə yetirmiş Ağcabədi rayon sakini V.Hüseynov tutulmuşdur

04.04.2013

Aprelin 4-də Ağcabədi rayon sakini, ruhi xəstə Vaqif Hüseynov ailə münaqişəsi zəminində atası Seyidəlini bıçaqla qətlə yetirmişdir.
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Hüseynov tutulmuşdur.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi

04.04.2013

Aprelin 4-də saat 07.00 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini Yusif Rzayevin idarə etdiyi "VAZ-2106" markalı və Masallı rayon sakini Nahid Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Y.Rzayev aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.

Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Y.Volçkova vurulmuşdur

04.04.2013

Aprelin 4-də saat 12.00 radələrində Xətai rayonu M.Hadi küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Yevgeniya Volçkova vurulmuşdur. Nəticədə xəsarət almış Y.Volçkova xəstəxanaya yerləşdirilmişdir.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Axtarışda olan Elmar Hüseynov tutulmuşdur

04.04.2013

DİN Baş Cinayət-Axtarış və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Qazaxıstan CM-nin 178-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Elmar Hüseynov tutulmuşdur.

"Qurd Qapısı" restoranından oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Q.Həsənov tutulmuşdur

04.04.2013

DİN Çevik Polis Alayı və Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də "Qurd Qapısı" restoranından dəmir barmaqlıqları sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Qalib Həsənov tutulmuşdur.

Ağdaş rayonu ərazisində Ağdaş RPŞ-nin məzuniyyətdə olan əməkdaşı Z.Cavadov ov tüfəngindən atəş açaraq özünü öldürmüşdür

04.04.2013

Aprelin 4-də Ağdaş rayonunun Kotanarx kəndi ərazisində "Türyançay" çayının sahilində, Ağdaş RPŞ-nin məzuniyyətdə olan əməkdaşı, polis serjantı Zöhrab Cavadov atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürmüşdür.
Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Xəzər rayonunda yaşayan Ş.Əliyeva zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

04.04.2013

Aprelin 4-də Xəzər rayonu Şüvəlan qəsəbəsindəki "Şinci" düşərgəsində yaşayan Şəhla Əliyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Biləcəri qəsəbəsində Abşeron rayon sakini F.Məmmədov hündürlükdən yerə yıxılaraq ölmüşdür

04.04.2013

Aprelin 4-də Biləcəri qəsəbəsindəki hərbi şəhərcikdə işləyən Abşeron rayon sakini Fazil Məmmədov ehtiyatsızlıq nəticəsində 11-ci mərtəbədən yerə yıxılaraq ölmüşdür.

Yasamal rayonu ərazisində "Hyundai" markalı avtomaşınla Z.İsmayılovan vurulmuşdur

04.04.2013

Aprelin 2-də Yasamal rayonu N.Nərimanov prospektində Bakı şəhər sakini Fərid Qoşqarlı idarə etdiyi "Hyundai" markalı avtomaşınla tüfeyli həyat tərzi keçirən Zöhrə İsmayılovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Z.İsmayılova aprel ayının 4-də orada ölmüşdür.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

İki nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

04.04.2013

Aprelin 4-də Sumqayıt şəhər sakini Səidə Səfərova, Gəncə şəhər sakini Əsli Səttarzadə mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Salyan rayon sakini S.Nəcəfova zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür

04.04.2013

Aprelin 4-də Salyan rayonunun Aşaxı Noxudlu kənd sakini Səidə Nəcəfova dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

O.M.