Dost dosta tən gərək...

Dost dosta tən gərək...

5 Aprel 2013 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Xəzər rayonu ərazisində qətl hadisəsi törədilib. Xəzər RPİ, 2-ci Polis Bölməsindən verilən məlumata görə, Buzovna qəsəbə sakini 1982-ci il təvəllüdlü Cəfərov Cəfər Nəsrəddin oğlu C.Musabəyov küçəsi, dalan 1 ünvanındakı evdə dostu Bəxtiyar adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. C.Cəfərov daha sonra polisə gələrək törətdiyi əməl barəsində məlumat verib və təslim olub. Hazırda qətlə yetirilmiş 33-35 yaşlı kişinin şəxsiyyəti müəyyənləşdirilir. Faktla əlaqədar cinayət işi başlanılıb.
Hadisənin səbəbi və digər təfərrüatlar məlum deyil.

O.M.