23 yaşlı gənc xanımın üzünə bıçaqla "xatirələr" yazdılar

23 yaşlı gənc xanımın üzünə bıçaqla "xatirələr" yazdılar

4 Aprel 2013 09:22
Bəyəndim (0) Bəyənmədim (0)
Onun həyatı həkimlər ciddi səyi nəticəsində xilas oldu

Gecə Bakının Sabunçu rayonunda 23 yaşlı gənc xanım amansızlıqla bıçaqlanıb. Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində qeydə alınan hadisə zamanı Əhmədova Əfşan Etibar qızı naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Nəzərinrizə çatdıraq ki, Əfşan Əhmədova bıçaq xəsarətləri əsasən onun üz və baş nahiyəsinə yetirilib. Çoxlu qan itirən yaralı isə hadisə şahidləri tərəfindən 3 saylı şəhər kilinki xəstəxanasına çatdırılıb. Cərrahi əməliyyatdan sonra onun həyatı xilas edilib.
Faktın baş vermə səbəblərini isə Sabunçu rayon polis idarəsinin əməkdaşları araşdırır. Hazırda polislər cinayəti törədən şəxsin axtarışlarını davam etdirir. Qeyd edək ki, hadisə törədən şəxsin kəsici alətlə zərərçəkən Əfşan Əhmədovanın üzünə silinməz yaralar yetirməsi hadisənin qisas və ya qısnanclıq zəminində törədilməsi ehtimalını artırır.

O.M.