"Koroğlu" stansiyasında 23 yaşlı gənci qanına qəltan etdilər

"Koroğlu" stansiyasında 23 yaşlı gənci qanına qəltan etdilər

4 Aprel 2013 09:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınan hadisə zamanı 23 yaşlı Mahmudov Emin Əbülfət oğlu ağır xəsarət alıb. Bədəninin müxtəlif nahiyələrindən 3 bıçaq zərdbəsi alan Emin Mahmudov təcili xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı isə dərhal Nərimanov Rayon Polis İdarəsi və 18-ci polis bölməsinə məlumat verilib. Qeyd edək ki, hələlik zərərçəkənin huşu özündə olmadığından polislər Eminin hadisə ilə bağlı izahatını ala bilməyiblər. Bu səbəbdən də qanlı hadisənin baş vermə səbəbi həhəlik məlum deyil.

O.M.