Qohumunu qarət edən oğru özünə maşın alıb

Qohumunu qarət edən oğru özünə maşın alıb

4 Aprel 2013 09:19
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatalada yaxın qohumunun evindən oğurluq edən şəxs saxlanılıb. Rayon polis şöbəsindən verilən məlumata görə Əliabad qəsəbə sakini Balabəyov Abdurahman Həbibullah oğlu evindən 6300 manat pul oğurlanması ilə bağlı şöbəyə müraciət edib. Aparılan əməliyyat istintaq tədbirləri nəticəsində isə hadisəni törədən şəxsin zərərçəkmişin yaxın qohumu olan bacanağı Fəxrəddin Muradov tərəfimdən törədilməsi məlum olub.
Belə k,i zəlzələ nəticəsində evlərinə ziyan dəymiş Abdurahman Balabəyova FHN tərəfindən evin bərpa və gücləndirmə işləri üçün 7000 manat kompensasiya verilib. Bundan xəbər tutan bacanağı isə həmin pulun yerini öyrənmək üçün özünəməxsus üsuldan istifadə edib. Bacanağının evinə gedərək ondan 200 manat borc istəyən Fəxrəddin Muradov beləcə pulun yerini öyrənir.
Bir neçə gün sonra ev sahibinin evdə olmamasından istifadə edərək mənzilə daxil olan "qohum" 7000 manat pulun qalan hissəsini saxlandığı yerdən götürüb. O, Oğurluq etdiyinin səhəri günü pulun bir hissəsinə maşın alıb, qalan hissəsini isə özündə saxlayıb. Saxlanılan Fəxrəddin Muradov hadisəni sərxoş vəziyyətdə törətdiyindən heç nə xatırlamadığını deyir.
Polis şöbəsindən onu da bildirdilər ki, Fəxrəddin Muradovun satın aldığı maşın, sahibinə qaytarılmaqla verilən pul ondan geri alınıb, Əbdurahman Balabəyova qaytarılsa da, Fəxrəddin Muradov oğurlanan pulun qalan hissəsini xərclədiyini bəhanə gətirərək hələlik sahibinə qaytarmayıb. Polis şöbəsindən verilən məlumata görə, əvvəllər eyni maddə ilə məhkumluq həyatı yaşayan Fəxrəddin Muradovun etdiyi növbəti oğurluq faktı ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

O.M.