Bakıda evə basqın olub

Bakıda evə basqın olub

3 Aprel 2013 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda maskalı şəxslər evə basqın edib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, naməlum maskalı şəxslər Şüvəlan qəsəbəsi Nizami küçəsində yaşayan Akif Həmzəyevin evinə daxil olaraq ev sahibinə bıçaqla xəsarət yetiriblər. Sonra həyətdə olan "VAZ-2121" markalı avtomobilin hər iki dövlət nömrə nişanını açıb ataraq avtomobili qaçırıblar. Yaralı A. Həmzəyev isə 3 saylı xəstəxanaya yerləşdirilib.
Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 1-ci Polis Bölməsi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Kamran Cəbiyev və Səbuhi Tağıyev Salyan rayonu ərazisində idarə etdikləri "BMW-X5" markalı avtomobillə saxlanılıblar. Avtomobildən 5 qramdan artıq marixuana aşkar edilərək götürülüb. Cinayətin digər iştirakçısının tapılması istiqamətində əməliyyat tədbirləri davam edir.

O.M.