Türkiyədə yolu azan azərbaycanlı tələbəyə təcavüz etdilər

Türkiyədə yolu azan azərbaycanlı tələbəyə təcavüz etdilər

3 Aprel 2013 10:56
Bəyəndim (0) Bəyənmədim (0)
12 il həbs cəzası tələbi ilə dava açılıb

Türkiyənin İstanbul şəhərində özəl universitetlərin birində təhsil alan 21 yaşlı azərbaycanlı qız (V.D.Z) təcavüzə uğrayıb. Gözəllik salonunun ünvanını axtaran gənc qıza yaxınlaşan 33 yaşlı hamburger firmasının kuryeri A.E.Y ona yardım etmək istədiyini deyib. V.D.Z-ni bir binaya aparan həmin şəxs binanın liftində ona təcavüz etməyə çalışıb. Gənc qıza əllə təcavüz edən A.E.Y daha sonra oradan uzaqlaşıb. Polisə müraciət edən V.D.Z-nin şikayətindən sonra işlədiyi yerdə yaxalanan təcüvüzçü barəsində 12 il həbs cəzası tələbi ilə dava açılıb.

O.M.