Azərbaycanda 01 aprelin kriminal xronikası

Azərbaycanda 01 aprelin kriminal xronikası

2 Aprel 2013 13:01
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 51 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınmış, onların da 20-si "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 9 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 11 nəfər yaralanmışdır.
  • 6 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.

Quba rayonu ərazisində "Mercedes C-180" markalı avtomaşınla piyada H.Kərimov vurulmuşdur

01.04.2013

Aprelin 1-də saat 17.00 radələrində Quba rayonunun Timiryazev qəsəbəsi ərazisində Zərdabi kənd sakini İlqar Şıxbabayev idarə etdiyi "Mercedes C-180" markalı avtomaşınla yolu keçən qəsəbə sakini Həbibulla Kərimovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Quba RPŞ tərəfindən araşdırma aparılır.

Xızı rayonu ərazisində "Toyota Prado" markalı avtomaşınla 60-65 yaşlı kişi vurulmuşdur

01.04.2013

Aprelin 1-də saat 22.40 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində Məşədi Həsən kənd sakini Loğman İsmayılov idarə etdiyi "Toyota Prado" markalı avtomaşınla yolu keçən 60-65 yaşlı kişini vurmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi

01.04.2013

Aprelin 1-də saat 22.45 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində Qobustan qəsəbə sakini Müşfiq Teymurovun idarə etdiyi "VAZ-2106" markalı və həmyerlisi Sərdar Sahibcanovun idarə etdiyi "KamAZ" markaıl avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış "Jiquli"nin sürücüsü və 3 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Martın 27-də Ü.Məmmədova məxsus köşkdən oğurluq etmiş D.Xaritonov tutulmuşdur

01.04.2013

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də Üzeyir Məmmədova məxsus köşkdən 791 manat pul, qol saatı və suvenir oğurlamış Bakı şəhər sakini Dmitriy Xaritonov tutulmuşdur.

Martın 31-də E.Cəfərova məxsus köşkdən oğurluq etmiş E.Tağıyev tutulmuşdur

01.04.2013

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də Elfay Cəfərova məxsus köşkdən danışıq kartlarını oğurlamış Ağcabədi rayon sakini Elməddin Tağıyev tutulmuşdur.

Fevralın 21-də K.Muxtarzadənin çantasından pul və şəxsi sənədlərini oğurlamış Ə.Ələkbərzadə tutulmuşdur

01.04.2013

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də Könül Muxtarzadənin çantasından 24 manat pul və şəxsi sənədlərini oğurlamış Bakı şəhər sakini Ələkbər Ələkbərzadə tutulmuşdur.

Aprelin 1-nə keçən gecə "Qasid" MMC-yə məxsus köşkdən oğurluğa cəhd göstərmiş E.Çiqniyev saxlanılmışdır

01.04.2013

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-nə keçən gecə A.Hüseynov küçəsindəki "Qasid" MMC-yə məxsus köşkdən oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Elmar Çiqniyev saxlanılmışdır.

Martın 31-də İ.Bağırova məxsus avtomaşını qaçırmış Y.Abıyev avtomaşınla birgə saxlanılmışdır

01.04.2013

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də İsmayıl Bağırova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Yusif Abıyev avtomaşınla birgə saxlanılmışdır.

Yanvarın 1-də N.Cəfərova bıçaqla xəsarət yetirmiş S.Vəliyev tutulmuşdur

01.04.2013

Sabail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Nəbi Cəfərova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Seyran Vəliyev tutulmuşdur.

Martın 30-da F.Qəhrəmanlını bıçaqla hədələyib pulunu almış M.Abdullayev tutulmuşdur

01.04.2013

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Fərid Qəhrəmanlını bıçaqla hədələyib 400 manat pulunu almış Xırdalan şəhər sakini Məhəmməd Abdullayev tutulmuşdur.

2012-ci ilin noyabrında G.Cəlilovadan pul və mobil telefonunu almış Sumqayıt şəhər sakini R.Məmmədov tutulmuşdur

01.04.2013

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il noyabrın 28-də Günel Cəlilovadan 28 manat pul və mobil telefonunu almış Sumqayıt şəhər sakini Rahim Məmmədov tutulmuşdur.

Fevralın 5-də İ.Əzizova məxsus torpaq sahəsindən inşaat materiallarını oğurlamış şəxslər tutulmuşlar

01.04.2013

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də İslam Əzizova məxsus torpaq sahəsindən inşaat materiallarını oğurlamış H.Zeynalabdin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Əli Hüseynov və Rafayel Davudov tutulmuşlar.

Qazax rayonu ərazisində İ.Xəlilova məxsus sexdən pul oğurlamış rayon sakini S.Eyyubov tutulmuşdur

01.04.2013

Aprelin 1-nə keçən gecə Qazax rayonu ərazisində Ağstafa rayon sakini İsgəndər Xəlilova məxsus qapı-pəncərə sexindən 3620 manat pul oğurlanmışdır.
Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş rayon sakini Samir Eyyubov tutulmuşdur.

Cəlilabad rayon sakini R.Mirzəzadə tapdığı tapançanı polisə təhvil vermişdir

01.04.2013

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Ruslan Mirzəzadə tapdığı 1 ədəd əldədüzəltmə tapançanı könüllü olaraq RPŞ-yə təhvil vermişdir.

Salyan rayon sakini N.İsayevin evində tiryəkxana təşkil etməsi müəyyən edilmişdir

01.04.2013

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nizami İsayevin evində tiryəkxana təşkil etməsi müəyyən edilmişdir. Evdə olan rayon sakini Namid Xəlilovdan 7,570 qram tiryək və 0,969 qram heroin aşkar edilərək götürülmüşdür.

Gəncə şəhəri ərazisində "Mercedes" markalı avtomaşınla piyada N.Musayev vurulmuşdur

01.04.2013

Martın 31-də Gəncə şəhərinin ərazisində Gürcüstan vətəndaşı Pünhan Aşurov idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçən şəhər sakini Nazim Musayevi vurmuşdur. Piyada xəstəxanaya yerləşdirilmişdir.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Yıxılması nəticəsində kəllə-beyin xəsarəti almış Binəqədi rayon sakini F.Əhmədov xəstəxanada ölmüşdür

01.04.2013

Mart ayının 30-da Binəqədi rayon sakini Fikrət Əhmədov yıxılaraq kəllə-beyin xəsarəti almışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş F.Əhmədov aprel ayının 1-də orada ölmüşdür.

Lənkəran şəhərində R.Hüseynov dəm qazından boğularaq ölmüşdür

01.04.2013

Aprelin 1-də Lənkəran şəhər sakini Təyyar Rəhmanovun evində qohumu Ruslan Hüseynov dəm qazından boğularaq ölmüşdür.

Qobustan rayon sakini T.Maqsudovu elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

01.04.2013

Aprelin 1-də Qobustan rayon sakini Tofiq Maqsudovu evində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Gəncə şəhər sakini M.Quliyeva və onun qızı dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər

01.04.2013

Mart ayının 31-də Gəncə şəhər sakini Mehparə Quliyeva və onun qızı Gülçin evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

O.M.