70 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

70 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

1 Aprel 2013 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda evlərdən xeyli miqdarda pul oğurlayan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, martın 24-ü saat 22 radələrində Ə. Ələkbərov küçəsində yaşayan Əsgər Budaqovun mənzilindən 11 min manat, 1 min avro, 16 min manat dəyərində qızıl-zinət əşyaları, Elmira Pirverdiyevanın mənzilindən isə 16 min manat, 70 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Eldəniz Hüseynov martın 31-də yaxalanıb.

O.M.