Qızını öldürən "ata" "Facebook"a detallarını yazdı

Qızını öldürən "ata" "Facebook"a detallarını yazdı

4 May 2011 15:19
Bəyəndim (0) Bəyənmədim (0)
Dünya bu türk "ata"dan danışır


Dünya qızını öldürərək, detalları "Facebook" səhifəsində not edən türk ata - Ramazan Acardan danışır.

Ramazan sevgilisi Riçel D.Argentdən ayrıldıqdan sonra 2 yaşlı qızı Yazminayla o qədər çox görüşmürdü. Çünki ana buna icazə vermirdi. Ayrılıqlarının intiqamını uşaq vasitəsilə almaq istəyən Riçel Ramazanı qızına həsrət buraxmışdı. Elə bütün bu səbəblər yetərli oldu ki, türk atanın səbir kasası aşıb-daşsın.


Noyabr ayında qızını Riçeldən qaçıran ata eks sevgilisindən intiqam almaq üçün uşağı öldürmək qərarına gəldi. 2 yaşlı körpəni əvvəlcə bıçaqla öldürdü, daha sonra isə onun cəsədini boş bir tarlaya atdı. Bu kriminal xəbərin ən maraqlı tərəfi isə odur ki, Ramazan bütün bu olayın detallarını saniyə-saniyə "Facebook"undakı səhifəsinə yazdı. Onun şərhləri bunlardan ibarət olub: "Qızımı öldürmək üzrəyəm", "Əvəzini ödəyəcəksən, sürtük", "Səni sevirəm, Mimi", "Bitdi, səni vurdum", "İndi Cənnətdəsən, mənsə özümü pis hiss edirəm". Hətta bu şərhlərin eynisini eyni zamanda eks sevgilisinə - uşağının anasına da sms vasitəsilə yollayıb: "Qızımı məndən uzaqlaşdırmaq istədin, məni həbsə atmaq istədin, müstəqil olmaq istədin, qızımı məndən almaq istədin, məni öldürmək istədin. İndi xoşbəxt oldunmu, söylə?"

Hazırda ata tutulub. Onun məhkəməsi davam edir. Növbəti məhkəmə iclasının çıxışında jurnalistlərə müsahibə verən gözüyaşlı ana isə, "Ədalət yerini tapacaq. O, cəzasını alana kimi bütün iclaslarda iştirak edəcəyəm", - deyə bildirib.

Uşaq evin güzgüsüdür. Amma artıq bir ailənin sınmış güzgüsündən geriyə heç nə qalmadı...

Günel Həbib

O.M.