Alnına "təcavüzçü" yazdılar

Alnına "təcavüzçü" yazdılar

4 May 2011 14:59
Bəyəndim (0) Bəyənmədim (0)


Amerikanın Oklahoma şəhərində bir gənc dörd nəfərin hücumuna məruz qaldı. Cinsi orqanına 2 dəfə elektrik şoku verilən gəncin alnına da döymə ilə "təcavüzçü" yazıldı.

Əvvəl polad uclu dəmirlərlə döydülər, sonra cinsi orqanına şok verdilər. ABŞ-ın Oklahoma şəhərində yaşayan 18 yaşlı Stetson Conson adlı bir gənc dörd adamın işgəncəsini məruz qaldı. 31 yaşlı Riçard Layn Dellert, 21 yaşlı Zakari Ceyz Provens, 25 yaşlı Kimberli Syui ver qara dərili 33 yaşlı Lorena Amanda Hodges anasının evində qalan Consona hücum edib.

Gənci faciəvi şəkildə döyən dörd adam onun alnına "təcavüzçü" mənasını verən bir kod döyüb. Çarəsiz gəncin sinəsinə də "I like little boys" (Kiçik oğlanlarından xoşlanıram) yazıblar. Ölümünə döyülən gənc yalnız polis bölməsində dərin nəfəs ala bilib.

Bu da demokratiyanın beşiyi Amerika...

Günel Həbib