Qəza yenə can aldı

Qəza yenə can aldı

4 May 2011 13:03
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün axşam radələrində Bakı şəhərində qəza baş verib. Qəza nəticəsində bir nəfər həyatını itirib, iki nəfər isə ağır yaralanıb.


Nəsimi rayonu ərazisində Bakı şəhər sakinləri Elnur Allahverdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşın Zöhrab Hüseynovun idarə etdiyi "TATRA" markalı yük avtomaşını ilə toqquşub. Hadisə nəticəsində E. Allahverdiyev və sərnişinlər Çıraq Hacıyev və Nicat Məmmədov dərhal xəstəxanaya çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, N.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə isə digər iki şəxsin vəziyyəti orta-ağırdır.


Qəzanın kimin səhvi ucbatından baş verdiyi məlum deyil. Hadisə ilə bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir.


Həyatda da hamının yolları toqquşur. Sadəcə, diqqətli olmaq lazımdır...

Elvin Babayev

O.M.