Heroin satarkən tutuldu

Heroin satarkən tutuldu

4 May 2011 13:09
Bəyəndim (0) Bəyənmədim (0)


Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cəlilabad rayon sakini Anar Əliyev məsuliyyətə cəlb olunub. A. Əliyev 2 kiloqram 105 qram narkotik vasitə olan heroini satarkən tutulmuşdur. Onun evinə baxış keçirən əməliyyat qrupunun üzvləri oradan əlavə olaraq 1 kiloqram 280 qram heroin aşkar edərək götürmüşlər. Faktla əlaqədar əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Başqasını zəhərləyənin öz həyatı zəhərlənər...

Tofiq Əliyev

O.M.