7 min manat pulu mənimsəyən şəxs tutulub

7 min manat pulu mənimsəyən şəxs tutulub

4 May 2011 13:08
Bəyəndim (0) Bəyənmədim (0)


İnsanların etibarından sui-istifadə edərək onların pulunu mənimsəyən şəxs tutulub. Hadisə Kürdəmir rayonunda baş verib. Şuşa şəhər sakini, hazırda Bakının Binəqədi rayonunda yaşayan 1983-cü il təvəllüdlü Muradov Elməddin Elman oğlu Kürdəmir rayonunda 4 nəfəri müxtəlif yollarla aldadaraq onların 7 min manatdan artıq pulunu mənimsəyib. Heç bir yerdə işləməyən Elməddin Muradov ali məktəb, hərbi xidmət, məhkəmə, işə düzəltmə və digər sahələrdə vətəndaşlara köməklik edəcəyini bildirərək onları aldadıb. Aldadılan şəxslərin şikayəti əsasında Kürdəmir rayon Polis Şöbəsi tərəfindən barəsində axtarış elan edilən Elməddin Muradov mayın 3-də Bakı şəhərində tutularaq Kürdəmirə gətirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri (dələduzluq) ilə cinayət işi açılıb, araşdırma aparılır.


Camaatı işə düzəltmək istəyənin, özünə iş açıldı...

Tofiq Əliyev

O.M.