13-dən çox mənzildən oğurluq edən şəxslər tutulub

13-dən çox mənzildən oğurluq edən şəxslər tutulub

4 May 2011 12:37
Bəyəndim (0) Bəyənmədim (0)


Çoxsaylı oğurluq əməlləri törətməkdə təqsirləndirilən qrup zərərsizləşdirilib. Məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 30-da Binə qəsəbə sakini Allahverdi Hüseynovdan 0,227 qram narkotik vasitə olan geroin aşkar edilərək götürülüb. Araşdırmalar zamanı məlum olub ki, A.Hüseynov tanışları - Bakı şəhər sakinləri Asif Danıyev, Sərdar Qəzənfərov və Elşən Məmmədovla birlikdə aprel ayında müxtəlif vaxtlarda Bakı şəhər sakinləri Aliyə Rzayevanın, Asif Muradovun, Məmməd Həsənovun, Yadulla Axundovun, Məmməd Mehdiyevin, Kərim Məmmədovun, Tahir Ağayevin, İlham Səfərovun, Ədalət Şahbazovun, Yaqub Abbasovun, Böyükxanım Qurbanovanın, Şahvələd Məmmədovun, Elman Süleymanovun Binə, Mərdəkan qəsəbələrində və Xaşaxuna deyilən ərazidəki bağ evlərindən məişət və elektrik avadanlıqları oğurlayıblar. Cinayətdə şübhəli bilinən A.Danıyev, S.Qəzənfərov və E.Məmmədov mayın 3-də tutulub.


13 nəhsdir, daha bəsdir.

Tofiq Əliyev.

O.M.