Bakıda qətllə bitən qarət törədildi

Bakıda qətllə bitən qarət törədildi

4 May 2011 09:11
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün səhər saat 03:45 radələrində Bakının Nərimanov rayonunda Həsən Əliyevlə Koroğlu Rəhimov küçələrinin kəsişdiyi yerdə qətllə bitən oğurluq hadisəsi baş vermişdir. Bu barədə Oxumeni.az-a hadisənin şahidləri məlumat vermişlər.


Belə ki, ev yiyəsinin mənzildə olmadığını zənn edən 3 nəfərdən ibarət dəstə əvvəlcədən hazırladıqları açarla qapını açaraq qarət məqsədilə içəri soxuldular. Yuxuda olan 42 yaşlı ev yiyəsi Barat Hüseynov yalnız qarət bitdikdən sonra oyandı və qışqırmağa başladı. Səs-küyə gələn qonşular ev yiyəsinin çoxsaylı bıçaq yarası ilə keçindiyinin şahidi oldular. Qonşuların köməyi ilə yalnız qarətçilərdən biri (qeyd: adı hələlik istintaq sirridir) yaxalanaraq polisə təhvil verildi. İlkin ehtimala görə, dəstə üzvləri Gürcüstan vətəndaşlarıdır və bu, onların birinci cinayəti deyil. Şahidlərin dediyinə görə, qarətçilərin əvvəlcədən hazırladıqları açarla içəri girə bilmələri onların yerli adamlardan biri ilə əlaqədə olduğundan xəbər verir. Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.


Biz qonaqpərvər millətik. Lakin belə bir el məsəlimiz də var: "çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə."

İnarə Rafiqqızı

O.M.