Göyçay qəbiristanlığından oğurluq edən ata və oğlanları yaxalanıb

Göyçay qəbiristanlığından oğurluq edən ata və oğlanları yaxalanıb

28 Fevral 2013 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayonunda qəbiristanlığı talan edən bir ailənin üzvləri saxlanılıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Göyçay şəhərindəki məzarlığa yaxın ərazidə yaşayan 1970-ci il təvəllüdlü Qasımov Tahir Məhəmməd oğlu yeniyetmə uşaqları - 1995-ci il təvəllüdlü İbrahim Qasımov və 1997-ci il təvəllüdlü Nurməmməd Qasımovla birgə gecə saatlarında 4 məzarın ətrafında alüminiumdan olan məhəccərləri gizli yolla sökərək metal qəbulu məntəqəsinə satıb. O, ümumi çəkisi 594 kiloqram olan alüminium məhəccərləri 300 manata satdığını etiraf edib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

O.M.