Azərbaycanda 27 fevralın kriminal xronikası

Azərbaycanda 27 fevralın kriminal xronikası

28 Fevral 2013 12:02
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 52 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınmış, onların da 40-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 12 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.

Quldurluq etmiş Bakı şəhər sakini Balaqardaş Qədimov tutulmuşdur

27.02.2013

Fevralın 27-də Bakı şəhər sakini Ruslan Əliyev Binəqədi RPİ 5-ci PB-nə müraciət edərək, fevralın 23-də naməlum şəxsin bıçaqla onu hədələyib, 100 manat pulunu almasını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətmiş şəhər sakini Balaqardaş Qədimov tutulmuşdur.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.02.2013

Fevralın 27-də saat 06.50 radələrində Yasamal rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Xırdalan şəhər sakini Badam Əbdülova vurulmuşdur. Nəticədə, xəsarət almış piyada hadisə yerində ölmüşdür.

Ağcabədi rayonunda yaşayan Rəfiqə Məmmədovanın evində təbii qazın sızmasından ani partlayış baş vermişdir

27.02.2013

Fevralın 27-də saat 16.30 radələrində Ağcabədi rayonunda yaşayan Rəfiqə Məmmədovanın evində təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə evin pəncərə şüşələri sınmış, evdəki əşyalar dağılmış, yanıq xəsarəti almış orada kirayədə yaşayan Abşeron rayon sakini Sadiq Kamallı xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Xaçmaz rayonunun Nərəcan kənd sakini İslam Musayevə məxsus evdə yanğın baş vermişdir

27.02.2013

Fevralın 27-də saat 09.35 radələrində Xaçmaz rayonunun Nərəcan kənd sakini İslam Musayevə məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, ev sahibinin yanıq xəsarəti almış qızı - Zümrüd isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Tovuz rayon sakini Mehman Həsənovdan 450,64 qram marixuana götürülmüşdür

27.02.2013

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Həsənovdan 450,64 qram marixuana götürülmüşdür.

Anbardan 14 ədəd şin və 4 ədəd disk oğurlamış Tovuz rayon sakini Anar Babayev tutulmuşdur

27.02.2013

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da Xırdalan şəhər sakini Hikmət Qədirova məxsus anbardan 14 ədəd şin və 4 ədəd disk oğurlamış Tovuz rayon sakini Anar Babayev tutulmuşdur.

Pul və danışıq kartları oğurlamış Bakı şəhər sakini Surac Kərimli və Lənkəran şəhər sakini Ramil Xəlilzadə tutulmuşlar

27.02.2013

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 5-də Camal Həmidova məxsus mağazadan 25 ədəd mobil telefon, 1 ədəd noutbuk, 541 manat pul və danışıq kartları oğurlamış Bakı şəhər sakini Surac Kərimli və Lənkəran şəhər sakini Ramil Xəlilzadə tutulmuşlar.

Bakı şəhər sakini Aleksey Teplyakovdan "Makarov" markalı tapança və 4 ədəd patron götürülmüşdür

27.02.2013

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aleksey Teplyakovdan 1 ədəd "Makarov" markalı tapança və 4 ədəd patron götürülmüşdür.

Bakı şəhər sakini İntiqam Şahverdiyevdən 430 qram marixuana götürülmüşdür

27.02.2013

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İntiqam Şahverdiyevdən 430 qram marixuana götürülmüşdür.

Oğurluq etmiş Lənkəran rayon sakinləri Ramiz Talıbov və Əşrəf Məmmədov tutulmuşlar

27.02.2013

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də Vasif Məmmədova məxsus stomatoloji kabinetdən 25-30 qram qızıl dişləri oğurlamış rayon sakinləri Ramiz Talıbov və Əşrəf Məmmədov tutulmuşlar. Ə.Məmmədovun evinə baxış zamanı 4,4 qram heroin və 15 ədəd qızıl diş aşkar edilərək götürülmüşdür.

Oğurluq etmiş Mingəçevir şəhər sakinləri Əli Sədri və Vüsal Məmmədov tutulmuşlar

27.02.2013

Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də Tahir Ərəbovun evindən qızıl əşyaları oğurlamış şəhər sakinləri Əli Sədri və Vüsal Məmmədov tutulmuşlar.

Oğurluq etdiklərinə görə tutulmuş Feyzulla Nurməmmədovun və Elman Vəlixanovun digər cinayət əməlləri də müəyyən edilmişdir

27.02.2013

Oğurluq etdiklərinə görə 2012-ci il oktyabrın 7-də Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən tutulmuş Feyzulla Nurməmmədovun və Elman Vəlixanovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların ötən ilin oktyabrın 6-na keçən gecə Xudat şəhər sakini Vaqif Əliquliyevlə birgə, Quba rayonu 1-ci Nügədi kənd sakini Mais Əlibəyova məxsus mağazadan 800 manat pul oğurlamaları da müəyyən edilmişdir.

Oğurluq etmiş Göyçay rayon sakinləri Nurməmməd Qasımov, Tahir Qasımov və onun qardaşı İbrahim tutulmuşlar

27.02.2013

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da şəhər qəbiristanlığında qəbirlərin dəmirdən və alüminiumdan hazırlanmış hasarlarını oğurlamış rayon sakinləri Nurməmməd Qasımov, Tahir Qasımov və onun qardaşı İbrahim tutulmuşlar.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

27.02.2013

Fevralın 27-də Sumqayıt şəhər sakinləri Rəbiyyə Əliyeva, Zəki Həsənov, arvadı Aynur Həsənova, və Gülmirə Ağayeva evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Şəki şəhərində yaşayan İlham Məmmədova məxsus evdə partlayış baş vermişdir

27.02.2013

Fevralın 27-də saat 00.20 radələrində Şəki şəhərində yaşayan İlham Məmmədova məxsus evdə partlayış baş vermişdir. Nəticədə evin qapı, pəncərə və döşəməsi dağılmış, İ.Məmmədov ölmüş, qardaşı Elman isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır. (ilkin məlumatlara əsasən hadisənin qaz balonu ilə ehtiyatsız davranılmasından baş verməsi ehtimal olunur)

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Rövşən Rüstəmov ölmüşdür

27.02.2013

Fevralın 23-də saat 14.00 radələrində Samux rayonunun Poylu kəndi ərazisində, rayon sakini Arzu Yusifov "VAZ-2106" markalı avtomaşını idarə edərkən, onu aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişin Rövşən Rüstəmov fevralın 27-də orada ölmüşdür.

O.M.