"28 May" stansiyası yaxınlığında silahlı şəxs tutuldu

"28 May" stansiyası yaxınlığında silahlı şəxs tutuldu

28 Fevral 2013 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Nəsimi rayonu ərazisində silahlı şəxs tutulub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, metronun "28 May" stansiyası yaxınlığında 1983-cü il təvəllüdlü paytaxt sakini Teplyakov Aleksey Yuliyeviç polisin diqqətini cəlb edib. O, 22-ci Polis Bölməsinə dəvət olunub. Burada üstünə baxış keçirilən zaman A.Teplyakovun üzərindən "Makarov" markalı odlu silah-tapança aşkar olunub. Silah götürülüb. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

O.M.