Azərbaycanda 26 fevralın kriminal xronikası

Azərbaycanda 26 fevralın kriminal xronikası

27 Fevral 2013 12:42
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 64 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 64 cinayət faktı qeydə alınmış, onların da 36-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 9 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.

Zabrat qəsəbə sakini Rövşən Muradov münaqişə zəminində Zabit Əhliyarlıya bıçaqla xəsarət yetirmişdir

26.02.2013

Fevralın 26-da saat 22.50 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində, qəsəbə sakinləri Rövşən Muradov münaqişə zəminində Zabit Əhliyarlıya bıçaqla xəsarət yetirmişdir. R.Muradov Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.

Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi

26.02.2013

Fevralın 26-da saat 06.00 radələrində Siyəzən rayonu ərazisində, Tovuz rayon sakini Faiq Abdullayev "Mercedes" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Şərur rayon sakini Elyar Əsgərovun idarə etdiyi "Shacman" markalı yük avtomaşınına vurmuşdur. Nəticədə F.Abdullayev aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Mərdəkan qəsəbə sakini Adil Qasımova məxsus evdə yanğın baş vermişdir

26.02.2013

Fevralın 26-da saat 08.20 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbə sakini Adil Qasımova məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları yanmış, yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılmışdır.

Bakı şəhər sakini Sevda Səfərovanın qadınları fahişəliyə cəlb etməsi müəyyən edilmişdir

26.02.2013

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Sevda Səfərovanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilmişdir.

Köşkdən qızıl üzük oğurlamış Bakı şəhər sakini Rəfiqə Qarayeva tutulmuşdur

26.02.2013

Baş Mühafizə İdarəsi və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da Cavadxan küçəsindəki ticarət mərkəzində, şəhər sakini Natiq Mütəllimova məxsus köşkdən qızıl üzük oğurlamış həmyerlisi Rəfiqə Qarayeva tutulmuşdur.

Mağazanın kassasından 725 manat pul oğurlamış Lökbatan qəsəbə sakini Xəyyam Veysəlli tutulmuşdur

26.02.2013

Baş Mühafizə İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzində, şəhər sakini Elmar Əzizova məxsus mağazanın kassasından 725 manat pul oğurlamış həmyerlisi Xəyyam Veysəlli tutulmuşdur.

Pul və danışıq kartları olan seyfi oğurlamış Sumqayıt şəhər sakini Sələddin Quliyev tutulmuşdur

26.02.2013

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Ramil Quliyevə məxsus mağazadan içərisində 9000 manat pul və danışıq kartları olan seyfi oğurlamış Sumqayıt şəhər sakini Sələddin Quliyev tutulmuşdur.

Oğurluq etmiş Bakı şəhər sakinləri Yaşar Həsənov, Elvin Məmmədov və Emin Bədəlov tutulmuşlar

26.02.2013

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də Atamoğlan Əhmədovun həyətindən 2 ədəd soyuducu mühərrikini oğurlamış şəhər sakinləri Yaşar Həsənov, Elvin Məmmədov və Emin Bədəlov tutulmuşlar.

Anar Səmədova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Sehran Quliyev tutulmuşdur

26.02.2013

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Anar Səmədova bıçaqla xəsarət yetirmiş şəhər sakini Sehran Quliyev tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini Mirəli Mirsultanov tutulmuşdur

26.02.2013

Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də Şəhla Quliyevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş şəhər sakini Mirəli Mirsultanov tutulmuşdur.

Oğurluq etmiş Bakı şəhər sakinləri Elşən Həsənov və Azad Dadaşov tutulmuşlar

26.02.2013

Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci və cari ilin müvafiq aylarında Əncirli qəsəbəsi ərazisindəki telefon qovşağından 215 metr uzunluqda rabitə kabelini, Şağan qəsəbəsi ərazisindəki rayon Qaz İstismarı İdarəsinə məxsus qaz tənzimləyicisini, Rəşad Rzayevə, Oqtay İbadova, Elşən Cabbarova, Elşən Cəfərova, Zaur Mütəllimova, Sevinc Axundovaya, Həsən Abuzərova, Əflatun Həsənova və Ayaz Feyzullayevə məxsus şəxsi əşyaları oğurlamış şəhər sakinləri Elşən Həsənov və Azad Dadaşov tutulmuşlar.

Zahir İsmayılovu aldadaraq, 4000 manat pulunu ondan almış Bakı şəhər sakini Bəşir İsmayılov tutulmuşdur

26.02.2013

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də Zahir İsmayılovu aldadaraq, 4000 manat pulunu ondan almış şəhər sakini Bəşir İsmayılov tutulmuşdur.

Dələduzluq yolu ilə 500 manat pul almış Bakı şəhər sakini Çingiz Qasımov tutulmuşdur

26.02.2013

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da A.Hüseynovdan dələduzluq yolu ilə 500 manat pulu almış şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Qasımov tutulmuşdur.

Mağazadan 1 ədəd noutbuk oğurlamış Kazım Hüseynov tutulmuşdur

26.02.2013

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci ilin noyabrın 17-də Heydər Ağabalayevə məxsus mağazadan 1 ədəd noutbuk oğurlamış əvvəllər məhkum olunmuş Kazım Hüseynov tutulmuşdur.

Salyan rayon sakini Fəxrəddin Həsənovun evinə baxış zamanı narkotik vasitə aşkar edilmişdir

26.02.2013

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Fəxrəddin Həsənovun evinə baxış zamanı 1 kiloqram 131 qram tiryək, 172,52 qram marixuana və 0,65 qram çətənə toxumu aşkar edilərək götürülmüşdür.

Ağdaş rayonunun Yenicə kəndi ərazisində yol-nəqliyyat hadisəsi

26.02.2013

Fevralın 26-da saat 23.35 radələrində Ağdaş rayonunun Yenicə kəndi ərazisində, Kamandar Bağırov "Mercedes" markalı avtobusu idarə edərkən, yolu keçən kənd sakini Ədil Çıqqarovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

26.02.2013

Fevralın 26-da Abşeron rayonunun Digah qəsəbə sakini Məmləkət Dilavərova və Sumqayıt şəhər sakini Aysel Səfərova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Sumqayıt şəhəri ərazisində 45-50 yaşlı kişini elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

26.02.2013

Fevralın 26-da Sumqayıt şəhəri ərazisindəki istirahət parkında 45-50 yaşlı kişini elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Biləsuvar şəhər sakini Eyvaz Quliyev elektrik cərəyanı vurmuşdur

26.02.2013
Fevralın 26-da Biləsuvar şəhər sakini Eyvaz Quliyev evində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

O.M.