İçi pulla dolu seyf oğurlanıb

İçi pulla dolu seyf oğurlanıb

27 Fevral 2013 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda oğurluq etmiş şəxs yaxalanıb. Oxumeni.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Ramil Quliyevə məxsus mağazadan içərisində 9000 manat pul və danışıq kartları olan seyfi oğurlamış Sumqayıt şəhər sakini Sələddin Quliyev müəyyən edilib. S.Quliyev yaxalanaraq istintaqa təhvil verili. Araşdırmalar davam etdirilir.

O.M.