Sürücü 60 yaşlı qadını öldürdü, hadisə yerindən qaçdı

Sürücü 60 yaşlı qadını öldürdü, hadisə yerindən qaçdı

27 Fevral 2013 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 06:50 radələrində Bakının Yasamal rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, İnşaatçılar prospektində, Olimpin yaxınlığında yolu keçmək istəyən 60 yaşlarında qadını maşın vurub. Nəticədə piyada hadisə yerində keçinib. Hazırda qadının kimliyi araşdırılır. Faktla bağlı araşdırma aparılır. Sürücünün hadisə yerindən qaçdığı bildirilir.

O.M.