Azərbaycanda 25 fevralın kriminal xronikası

Azərbaycanda 25 fevralın kriminal xronikası

26 Fevral 2013 14:27
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 60 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınmış, onların da 38-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 26 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.

Gəncə şəhər Sevinc qəsəbə sakini Rövşən Qurbanov tutulmuşdur

25.02.2013

Fevralın 25-də Gəncə şəhər sakini Təhminə Quliyevanın həyətinə açıq qalmış qapıdan girmiş naməlum şəxs onu döymüş və bıçaqla boğaz nahiyəsinə yüngül xəsarət yetirib, içərisində idman dəsti olan çantanı və 2 cüt ayaqqabını götürərək qaçmışdır. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sevinc qəsəbə sakini Rövşən Qurbanov tutulmuşdur.

Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

25.02.2013

Fevralın 25-də saat 14.15 radələrində Mingəçevir şəhəri ərazisində, şəhər sakini Rəhim Məmmədov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, onu körpüdən Kür çayına aşırmışdır. Nəticədə sərnişin Elnaz Məmmədova suda boğulmuş, özü və digər sərnişini Aynurə Məmmədova isə xilas edilmişlər.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

25.02.2013

Fevralın 25-də saat 20.10 radələrində Nərimanov rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Turxan Qəhrəmanov vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

25.02.2013

Fevralın 25-də saat 14.30 radələrində Bakının Nizami rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Anar Abbasov vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Biləsuvar rayon sakini Musa Qasımovdan və onun oğlu Əlidən satış məqsədi ilə əldə etdikləri narkotik vasitələr götürülmüşdür

25.02.2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Yardımlı RPŞ və Biləsuvar RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Musa Qasımovdan və onun oğlu Əlidən satış məqsədi ilə əldə etdikləri 2 kiloqram 35 qram həşiş, 2 kiloqram 258 qram tiryək və 0,486 qram "Metodon" götürülmüşdür.

Qəbiristanlıqda 81 ədəd baş daşını sındırmış Saatlı rayon Musalı-Nərimankənd kənd sakinləri Ədalət Məmmədov və Nəsimi Əliyev tutulmuşlar

25.02.2013

Baş Cinayət-Axtarış İdarəsi və Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Musalı-Nərimankənd kəndi ərazisindəki qəbiristanlıqda, 81 ədəd baş daşını sındırmış kənd sakinləri Ədalət Məmmədov və Nəsimi Əliyev tutulmuşlar.

Şəmkir rayon sakini Xəqani Əliyev 650 qram marixuananı satarkən tutulmuşdur

25.02.2013

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Xəqani Əliyev 650 qram marixuananı satarkən tutulmuşdur.

Ordubad rayon sakinləri Alim Babayev və İmran Nağıyev tapdıqları silah-sursatı təhvil vermişlər

25.02.2013

Ordubad rayon sakinləri Alim Babayev və İmran Nağıyev tapdıqları 2 ədəd "AKM" avtomatını, 2 ədəd patron darağını və 20 ədəd patronu könüllü olaraq Naxçıvan MR DİN-nə təhvil vermişlər.

Oğurluğa cəhd göstərmiş Yevlax rayon sakini Günay Əliyeva tutulmuşdur

25.02.2013

Fevralın 25-də Səbail rayonu ərazisində yaşayan İlkin Şükürovun evindən qızıl əşyaları oğurlamağa cəhd göstərmiş Yevlax rayon sakini Günay Əliyeva, evin sahibi tərəfindən tutulmuşdur.

Avtomaşın qaçırmış Ramil Nəsibov tutulmuşdur

25.02.2013
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il sentyabrın 25-də Arzu Hüseynova məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmış Ramil Nəsibov tutulmuş, avtomaşın isə Ağstafa rayonu ərazisində tapılmışdır.

Bakı şəhər sakinləri İsmayıl Şıxəliyevdən 11,237 qram, İlqar Quliyevdən isə 610,14 qram heroin götürülmüşdür

25.02.2013

Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunmuş İsmayıl Şıxəliyevdən 11,237 qram, əvvəllər məhkum olunmuş İlqar Quliyevdən isə 610,14 qram heroin götürülmüşdür.

Vahid Eyvazova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Firdovsi Əliyev tutulmuşdur

25.02.2013

Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Vahid Eyvazova bıçaqla xəsarət yetirmiş şəhər sakini Firdovsi Əliyev tutulmuşdur.

Yadulla Əsgərova bıçaqla xəsarət yetirmiş Corat qəsəbə sakini Səyyar Teymurov tutulmuşdur

25.02.2013

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Yadulla Əsgərova bıçaqla xəsarət yetirmiş Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səyyar Teymurov tutulmuşdur.

Oğurluq etmiş Ucar rayon sakini Sənan Hümbətov tutulmuşdur

25.02.2013

Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayının 2-də rayon Telekommunikasiya Qovşağına məxsus 150 metr uzunluğunda rabitə kabelini oğurlamış rayon sakini, əvvəllər məhkum olunmuş Sənan Hümbətov tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi törətmiş Naftalan şəhər sakini Kəniş Məmmədov tutulmuşdur

25.02.2013

Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Etibar Həsənovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "VAZ-2106" markalı avtomaşının sürücüsü Naftalan şəhər sakini Kəniş Məmmədov tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Tahir Mirzəyev ölmüşdür

25.02.2013

Cari ilin yanvar ayının 29-da saat 11.00 radələrində Nərimanov rayonu ərazisində, şəhər sakini Qabil Nağıyev "Mercedes" markalı avtomaşını idarə edərkən, həmyerlisi Tahir Mirzəyevi vurmuşdur. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada fevralın 25-də orada ölmüşdür.

Biləsuvar rayon sakini Elvin Əliyev 14-cü mərtəbədən yıxılaraq ölmüşdür

25.02.2013

Fevralın 25-də Nəsimi rayonu ərazisində tikilməkdə olan evdə işləyən Biləsuvar rayon sakini Elvin Əliyev 14-cü mərtəbədən yıxılaraq ölmüşdür.

Nizami rayonunda yaşayan Nailə Qafarova ehtiyatsızlığı nəticəsində yıxılaraq ölmüşdür

25.02.2013

Fevralın 25-də Bakının Nizami rayonunda yaşayan Nailə Qafarova yaşadığı evin 5-ci mərtəbəsinin eyvanında paltar asarkən ehtiyatsızlığı nəticəsində yıxılaraq ölmüşdür.

İmişli rayonunun Məhəmmədli kənd sakini Sevda Ağabalayeva intihar məqsədi ilə özünü suya atmağa cəhd göstərmişdir

25.02.2013

Fevralın 25-də İmişli rayonunun Məhəmmədli kənd sakini Sevda Ağabalayeva intihar məqsədi ilə özünü Araz çayının üzərindəki körpüdən suya atmağa cəhd göstərmiş, cəhdin qarşısı İmişli RMŞ-nin əməkdaşı tərəfindən alınmışdır.

Bəxtiyar Həsənovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülmüşdür

25.02.2013

Fevralın 25-də Astara rayonunun Qapıçıməhəllə kənd sakini Heyran Qulamova RPŞ-nə müraciət edərək, həmin gün qohumu Bəxtiyar Həsənovun ov tüfənginin qundağı ilə ona xəsarət yetirməsini bildirmişdir. B.Həsənovun evinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülmüşdür.

Abşeron rayonunun Novxanı kənd sakini Tərlan Kazımov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

25.02.2013

Fevralın 25-də Abşeron rayonunun Novxanı kənd sakini Tərlan Kazımov evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Quldurluq etmiş Qazax rayonunun 1-ci Şıxlı kənd sakini Oruc Mahmudov tutulmuşdur

25.02.2013

Fevralın 25-də saat 02.00 radələrində Qazax rayonunun 1-ci Şıxlı kəndi ərazisindəki "Uğur-Petrol" yanacaq doldurma məntəqəsinə gəlmiş maskalı naməlum şəxs orada operator işləyən Akif Hüseynovu ov tüfəngi ilə hədələyərək, yerə uzanmasını tələb etmiş, A.Hüseynov maskanı onun başından çıxartdığından hadisə yerindən qaçmışdır. Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni sərxoş halda törətmiş, kənd sakini Oruc Mahmudov tutulmuşdur.

O.M.