Gülər Əhmədovanın qəfil həbsinin səbəbləri barədə maraqlı məlumat

Gülər Əhmədovanın qəfil həbsinin səbəbləri barədə maraqlı məlumat

26 Fevral 2013 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Hakimiyyət sabiq deputat Gülər Əhmədova ilə bağlı cinayət işinin istintaqını seçkiyə qədər uzutmaq istəyir. Bu haqda "Azadlıq" qəzeti xəbər yayıb. Qəzetə daxil olan məlumata görə, hər dəfə bir bəhanə ilə istintaq müddəti artırılacaq. Beləliklə də seçkiyə qədər Gülər Əhmədovanın məhkəməsi olmayacaq. Bu, məhkəmədə sabiq deputatın danışa biləcəyi narahatçılığdan irəli gəlir. Məlumatda həmçinin qeyd edilir ki, Gülər Əhmədovaya da susması üçün şirin vədlər verilir.
Gülər Əhmədovanın qəfil həbsinin səbəbləri barədə də maraqlı məlumat almışıq. Məlumatda deyilir ki, sabiq deputat əslində Bakı Metropoliteninin rəisi Tağı Əhmədova cavabına görə qəzəbə gəlib və həbs edilib. Xatırladaq ki, Tağı Əhmədova Gülər Əhmədovanın nənəsinin erməni olduğunu demişdi. Gülər Əhmədova isə metropoliten rəisinə cavabında bildirmişdi ki, Tağı Əhmədova ruslarla qohumluğu olan məmurlardan danışsa yaxşıdır. Bildirilir ki, sabiq deputatın bu cavabı yuxarı dairələri qəzəbləndirib və dərhal Gülər Əhmədovanın həbsinə qərar verilib.

O.M.