“Ded Xasan”ın 40 mərasimində 70 “qanuni oğru” saxlanıldı

“Ded Xasan”ın 40 mərasimində 70 “qanuni oğru” saxlanıldı

26 Fevral 2013 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 25-də cinayətkar aləmin 300 təmsilçisi "Ded Xasan" ləqəbli "qanuni oğru" Aslan Usoyanın 40 mərasimi ilə bağlı Moskvanın "Korston" restoranına "sxodka"ya toplaşıb.Oxumeni.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, polis 70 nəfəri, o cümlədən "Ded Xasan"ın qardaşı oğlu, "Timur Tibliski" ləqəbli "qanuni oğru" Teymur Mirzoyevi saxlayıb. "Avtoritetlər" polis daktiloskopik tədqiqata cəlb olunub və öncə baş vermiş cinayətlərdə iştiraklarının olub-olmadığı yoxlanılıb.
Qeyd edək ki, "Ded Xasan" yanvarın 16-da saat 14:30 radələrində Kremlin yaxınlığındakı "Karetnıy dvor" restoranının girişində güllələnib. "Ded Xasan" xəstəxanaya aparılıb, reanimasiya şöbəsinə yerləşdirilsə də, tezliklə ölüb.

O.M.