Qusarda 50 yaşlı kişi özünü asıb

Qusarda 50 yaşlı kişi özünü asıb

3 May 2011 17:59
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar rayonunda intihar hadisəsi baş verib. Rayon prokurorluğunun müstəntiqi İsmayıl Ağayevin verdiyi məlumata görə, Qusar şəhər sakini 50 yaşlı Alik Seymur oğlu Səfərov yaşadığı evdə özünü elektrik naqili ilə asıb. İlkin məlumatlara görə, intihar edən şəxs spirtli içkiyə meylli adam olub. Meyit tibbi ekspertiza olunmaq üçün morqa aparılıb. Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. İntiharın baş vermə səbəbinə tibbi ekspertizanın rəyi və aparılan istintaq tədbirləri nəticəsində aydınlıq gətiriləcək.


Araq şüşədə göründüyü kimi suyu xatırlatsaydı, nə var idi ki...

Tofiq Əliyev

O.M.