SON DƏQİQƏ:Bakıda 32 mərtəbəli binada fəhlə öldü

SON DƏQİQƏ:Bakıda 32 mərtəbəli binada fəhlə öldü

25 Fevral 2013 17:16
Bəyəndim (0) Bəyənmədim (0)
"Trump Tower"in tikintisini həyata keçirən şirkət adı tez-tez qalmaqallarda hallanan nazirlərdən birinin oğluna məxsusdur

"Ramstore" ticarət mərkəzindən Bakı şəhəri Baş Polis İdarəsinə gedən yolda (Heydər Əliyev prospekti) tikintisi yekunlaşmamış 32 mərtəbəli "Trump Tower" adlı binada ölüm hadisəsi baş verib. Şahidlərin oxumeni.az- verdikləri məlumata görə, bu gün saat 16:50 radələrində tikintidə fəhlə işləyən, əslən Yevlaxdan olan 24-25 yaşlı gənc (adı dəqiqləşdirilir) 11-ci mərtəbədən yıxılaraq ölüb. Daha sonra digər fəhlələrə inşaatın rəhbərliyi tərəfindən tikinti meydanını tərk etmək əmri verilib. Deyilənə görə, tikintini həyata keçirən şirkət adı tez-tez qalmaqallarda hallanan nazirlərdən birinin oğluna məxsusdur. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Hadisə yerinə FHN, təcili tibbi yardım və polis əməkdaşları çağırılıblar.

O.M.