Yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub – TƏFƏRRÜAT

Yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub – TƏFƏRRÜAT

25 Fevral 2013 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 23-də Qazax rayonunda yanacaqdoldurma məntəqəsinə basqın olub. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Birinci Şıxlı kəndində üzünə maska taxmış naməlum şəxs ov tüfəngi ilə kənd ərazisindəki yanacaqdoldurma məntəqəsinə hücum edib. Həmin şəxs məntəqədə operator işləyən 37 yaşlı Akif Hüseynovu hədələyərək yerə uzanmasını və pulların yerini deməsini tələb edib. Lakin A.Hüseynov özünü itirməyib və maskanı həmin adamın üzündən çıxarmağa nail olub. Tanınacağını görən maskalı şəxs silahını da götürərək qaçıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Birinci Şıxlı kənd sakini 51 yaşlı Oruc Mahmudov tutulub. Məlum olub ki, o yanacaqdoldurma məntəqəsinə hücum edərkən sərxoş vəziyyətdə olub. Faktla əlaqədar araşdırmalar davam etdirilir.

O.M.