Azərbaycanda 22 fevralın kriminal xronikası

Azərbaycanda 22 fevralın kriminal xronikası

23 Fevral 2013 13:05
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 67 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 67 cinayət faktı qeydə alınmış, onların da 37-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 8 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.

Nəsimi rayonu ərazisində "MAN" markalı avtomaşınla paytaxt sakini G.Dostəliyeva vurulmuşdur

22.02.2013

Fevralın 22-də saat 12.50 radələrində, Nəsimi rayonu ərazisində, Beyləqan rayon sakini Cəfər Qənbərov "MAN" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Gülənbər Dostəliyevanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Sumqayıt şəhər sakini R.Həsənzadənin dələduzluq yolu ilə iki nəfərdən böyük məbləğdə pul alması müəyyən edilmişdir

22.02.2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini Ramil Həsənzadənin vəzifəli şəxslərin adlarından istifadə etməklə özünü mövcud olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yardım Məsələləri üzrə Dövlət Komissiyanın üzvü kimi təqdim edib, dövlət yardımı ayrılacağı adı ilə Sumqayıt-Bakı yolunun kənarındakı evlərdən birində yaşayan Cəbrayıl rayon sakini Aqil Həsənovdan 17500 manat, Binə qəsəbəsi ərazisindəki evlərdən birində yaşayan Barat Məhərrəmovdan isə 33600 manat pul alması müəyyən edilmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır.

Qadınları fahişəliyə cəlb etmələri ilə əlaqədar iki nəfər tutulmuşdur

22.02.2013

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini Aynur Babayeva və Gəncə şəhər sakini Şəbnəm Quliyeva gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri ilə əlaqədar tutulmuşlar.

Fevralın 8-də E.Ələsgərova məxsus avtomaşının təkərlərini oğurlamış şəxslər tutulmuşlar

22.02.2013

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də Elməddin Ələsgərova məxsus "VAZ-2107" markalı avtomaşının təkərlərini oğurlamış şəhər sakinləri Seymur Cabbarov, Mikayıl Qarazadə və Abşeron rayon sakini Pərviz Ağazadə tutulmuşlar.

Fevralın 19-da iki avtomaşından oğurluq etmiş M.Qarazadə tutulmuşdur

22.02.2013

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da Mehman Rzayevə və Aqil Musayevə məxsus avtomaşınlardan oğurluq etmiş Mikayıl Qarazadə tutulmuşdur.

Fevralın 21-də Göyçay rayon sakini Ə.Rəhimova məxsus avtomaşını qaçırmış E.Hüseynov tutulmuşdur

22.02.2013

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də Ələkbər Rəhimova məxsus qaçırılmış "QAZ-2402" markalı avtomaşın fevralın 22-də rayon ərazisində tapılmış və onu qaçırmış rayon sakini Elsevər Hüseynov tutulmuşdur.

Əvvəllər məhkum olunmuş E.Əliyevdən 4 kiloqramdan artıq marixuana götürülmüşdür

22.02.2013

Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Əliyevdən 9,31 qram, evinə baxış zamanı isə 4 kiloqram 205 qram marixuana aşkar edilərək götürülmüşdür.

Tovuz rayon sakini Y.Sadıqov silah-sursatı könüllü olaraq polisə təhvil vermişdir

22.02.2013

Tovuz rayonunun Qovlar qəsəbəsində yaşayan Yasin Sadıqov 1 ədəd "KOMBAT-PP" markalı qaz tapançasını, 1 ədəd ov tüfəngini, 1 ədəd "F-1" qumbarasını və 219 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Qovlar PB-nə təhvil vermişdir.

3 nəfər zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

22.02.2013

Fevralın 22-də Sumqayıt şəhər sakini Mərziyyə Qarayeva, Abşeron rayon sakini Zöhrə Osmanova və Bərdə rayon sakini Mehparə Yusifova mənzillərindən dəm qazı və sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.