Azərbaycanda 21 fevralın kriminal xronikası

Azərbaycanda 21 fevralın kriminal xronikası

22 Fevral 2013 14:03
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 59 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınmış, onların da 32-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 14 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 14 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.

Fevralın 20-də K.Rəhimova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini F.Yusibov tutulmuşdur

21.02.2013

Fevralın 20-də Nəsimi rayonu ərazisində, naməlum şəxs Kamil Rəhimova bıçaqla xəsarət yetirmişdir. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş, şəhər sakini Firdovsi Yusibov tutulmuşdur.

Şəmkir çayının Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi

21.02.2013

Fevralın 21-də saat 11.30 radələrində Şəmkir çayının Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsindəki körpünün üstündə, rayon sakini Orxan Əlizadə "Mercedes" markalı avtomaşını idarə edərkən, onu qarşıda gedən Nərimanlı kənd sakini Elnur İbrahimovun idarə etdiyi "Niva" markalı avtomaşına vurmuş, idarəetməni itirdiyindən avtomaşın çaya aşmışdır. Nəticədə O.Əlizadə və sərnişinləri rayon sakinləri Vüqar Hüseynov və Məhəmməd Əliyev hadisə yerində ölmüşlər.

Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.02.2013

Fevralın 21-də saat 19.30 radələrində Cəlilabad rayonu ərazisində, Lənkəran rayon sakini Vəkil İsayev "Mercedes" markalı avtomaşını idarə edərkən, yolu keçən rayon sakini Zülfüqar Əzizovu vurmuşdur. Nəticədə, Z.Əzizov hadisə yerində ölmüşdür.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.02.2013

Fevralın 21-də saat 20.30 radələrində Binəqədi rayonu ərazisində, şəhər sakini Cavid Süleymanov "Hyundai" markalı avtomaşını idarə edərkən, Zərdab rayon sakini Zabit Rüstəmovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.02.2013

Fevralın 21-də saat 08.00 radələrində Sabunçu rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Tural Hüseynov vurulmuşdur. Nəticədə, xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Fevralın 19-da İmişli rayon sakini R.Bayramova bıçaqla xəsarət yetirdiyinə görə tutulmuş N.Ağayevin fevralın 16-da M.Orucovu qətlə yetirməsi də müəyyən edilmişdir

21.02.2013
Baş Cinayət-Axtarış İdarəsi və İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Ağayev xuliqanlıq zəminində həmyerlisi Rauf Bayramova bıçaqla xəsarət yetirdiyinə görə tutulmuşdur. N.Ağayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun fevralın 16-da Mənsudi Orucovu qətlə yetirməsi müəyyən edilmişdir.

Fevralın 19-da Şəmşir Bayadovun 180 manat pulunu götürüb, hadisə yerindən qaçmış Rabil Quliyev tutulmuşdur

21.02.2013

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da Şəmşir Bayadovun 180 manat pulunu götürüb, hadisə yerindən qaçmış Rabil Quliyev tutulmuşdur.

Avtomaşın qaçırdıqlarına görə tutulmuşlar Maştağa qəsəbə sakinləri İ.Rufullayev və H.Quliyevin digər oğurluq əməlləri də müəyyən edilmişdir

21.02.2013

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də Əlil və Əmək Pansionatına məxsus qaçırılmış "VAZ-21074" markalı avtomaşın Binə qəsəbəsi ərazisində əzilmiş vəziyyətdə tapılmışdır. Avtomaşını qaçırmış Maştağa qəsəbə sakinləri İrac Rufullayev və Hüseynağa Quliyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində, onların həmin gün Maştağa qəsəbə sakini Sakit Rufullayev ilə birgə Nuranə Nuriyevaya və Babakişi Kərimova məxsus mağazalardan oğurluq etmələri də müəyyən edilmişdir. S.Rufullayev tutulmuşdur.

Oğurluq etdiyinə görə tutulmuş Astara rayon sakini İ.Qəhrəmanovun digər cinayət əməlləri də müəyyən edilmişdir

21.02.2013

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il oktyabrın 22-də Nazir Nəcəfovun evindən 7600 dollar pul və qızıl əşyaları oğurlamış Astara rayon sakini İsmayıl Qəhrəmanov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2012-ci ilin müvafiq aylarında Əli Əliyevin, Sübhan Niftəliyevin, Könül Ağaverdiyevanın, Dünyamalı Qurbanovun, Rizvan Əhmədovun, Razim Məmmədovun, Ruslan Məmmədovun, Mehman Zülfüqarovun, Nizami Dünyamalıyevin, Renata Rəhimovanın, Sərdar Sərdarovun evlərindən oğurluq etməsi də müəyyən edilmişdir.

Şamaxı rayon Əhalinin Sosial Müdafiə Mərkəzindən oğurluğa cəhd göstərmiş Məlikçobanlı kənd sakini Bəbir Orucov tutulmuşdur

21.02.2013

Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon Əhalinin Sosial Müdafiə Mərkəzindən oğurluğa cəhd göstərmiş Məlikçobanlı kənd sakini Bəbir Orucov tutulmuşdur.

Xəzər rayonu Zirə qəsəbəsində yaşayanlar Ə.Həsənov və onun qardaşı 3 yaşlı Zaman qaz sobası ilə ehtiyatsız davrandıqlarından boğularaq ölmüşlər

21.02.2013

Fevralın 21-də Xəzər rayonunun Zirə qəsəbəsində yaşayanlar Əmrəli Həsənov və onun qardaşı 3 yaşlı Zaman evdə tək olarkən qaz sobası ilə ehtiyatsız davrandıqlarından baş vermiş tüstüləmədən boğularaq ölmüşlər.

Sumqayıt şəhər sakini Kamal Cəfərov və Xuraman Qasımova dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

21.02.2013

Fevralın 21-də Sumqayıt şəhər sakini Kamal Cəfərov və Xuraman Qasımova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.