Fəhlə ustanı bıçaqladı

Fəhlə ustanı bıçaqladı

22 Fevral 2013 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Fəhlə illərlə birgə çalışdığı ustasını bıçaqlayıb. Hadisə ötən gecə Bakıda, Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib. Bəsit bir mübahisə sonda belə bir xoşagəlməz olayın baş verməsinə zəmin yaradıb. Bənna İlqar Nuriyev fəhləsi Sarvan Məmmədovla birgə çalışdıqları evdə ev sahibi tərəfindən nahar vaxtı spirtli içkiyə qonaq edilib. Axşam evə gedən sərxoş fəhlə və usta arasında mübahisə düşüb. Hadisədən sonra polis fəhləni saxlayıb. Saxlanılan Sarvan Məmmədov bildirib ki, ustası və qonşusu olan İlqar Nuriyevi bıçaqlamaq fikrində olmayıb. Sadəcə, onun üzərinə atıldığı üçün qorxutmaq istəyib.

O.M.