Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı

Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı

22 Fevral 2013 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Saatlı rayonunda yerləşən peşə liseyində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı aşkarlanıb. Hüquq-mühafizə orqanlarından Oxumeni.az-a verilən məlumata görə, Peşə Liseyinə yeni direktor təyin olunmuş Hüseynov İsmayıl Mirzəağa oğlu işi qəbul etdikdən sonra araşdırmalar aparıb. Yeni direktor liseydə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, bəzi sənədlərin dəyişdirilməsi kimi halları üzə çıxarıb. İ.Hüseynov dərhal rayon Prokurorluğuna və digər aidiyyatı orqanlara müraciət edib. İlkin araşdırmalarla müəyyən edilib ki, peşə liseyində daha öncəki rəhbərlik tərəfindən 42 min manat dəyərində ziyan vurulub.
Faktla əlaqədar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.

O.M.