"London Taksi”sində cinayət

"London Taksi”sində cinayət

22 Fevral 2013 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda axtarışda olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Oxumeni.az-a verilən məlumata görə, fevralın 19-da Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində taksi xidməti ilə məşğul olan Şəmşir Bayadovun idarə etdiyi "London Taxi" markalı avtomaşından 180 manat pulu götürərək soyğunçuluq etmiş şəxs müəyyən edilib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etmiş Bakı şəhər sakini Rabil Quliyev Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulub. Saxlanılan şəxs ətrafında əlavə araşdırmalar aparılır.

O.M.