Azərbaycanda həbsdə olan 33 İran vətəndaşı ölkəsinə təhvil veriləcək

Azərbaycanda həbsdə olan 33 İran vətəndaşı ölkəsinə təhvil veriləcək

22 Fevral 2013 09:26
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasında həbsdə olan 33 İran vətəndaşı fevralın 22-də ölkəsinə təhvil veriləcək. \bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinlə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyev arasında razılaşma əldə edilib. Razılaşmaya əsasən, 33 iranlı sabah Astara sərhəddində İranın ədliyyə məmurlarına təhvil veriləcək və məhbuslar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər. Görüşdə M. Pak Ayin gələcəkdə daha çox iranlı məhbusun ölkəsinə təhvil verilməsini istəyib. Xəbərdə bildirilib ki, yaxın zamanda İranda həbsdə olan bir neçə Azərbaycan vətəndaşı ölkəmizə təhvil veriləcək.

O.M.