Kürdəmirdə evdən qızıl-zinət əşyaları oğurlayan yeniyetmə saxlanılıb

Kürdəmirdə evdən qızıl-zinət əşyaları oğurlayan yeniyetmə saxlanılıb

22 Fevral 2013 09:21
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir rayonunda oğurluq edən şəxs tutulub. Rayon Polis Şöbəsindən verilən məlumata görə, oğurluq hadisəsi rayonun Mollakənd kəndində qeydə alınıb. Kənd sakini Qəmbərov Ənvər Əlqasım oğlu ərizə ilə polis şöbəsinə müraciət edərək, naməlum şəxs onun yaşadığı evin pəncərəsinin şüşəsini sındıraraq içəri daxil olduğunu və dəyəri 2300 manat olan qızıl-zinət əşyalarını oğurladığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Mollakənd kənd sakini 1997-ci il təvəllüdlü Məmmədov Sabir Ceyhun oğlu tutularaq Kürdəmir rayon Polis Şöbəsinin istintaq bölməsinə təhvil verilib. O qızıl-zinət əşyalarını oğurladığını etiraf edib. Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

O.M.