Azərbaycanda 20 fevralın kriminal xronikası

Azərbaycanda 20 fevralın kriminal xronikası

21 Fevral 2013 15:20
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 55 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.

Füzuli rayon sakinləri Xanlar və Səddam Ələkbərlilərə bıçaqla xəsarət yetirmiş həmkəndliləri Ceyhun İsayev tutulmuşdur

20.02.2013

Fevralın 20-də Füzuli rayonunun Babı kəndi ərazisində, kənd sakini Ceyhun İsayev münaqişə zəminində həmkəndlisi Xanlar Ələkbərli və onun qardaşı Səddama bıçaqla xəsarət yetirmişdir. C.İsayev RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.

Milli Parkda 60-65 yaşlı kişi intihar etmişdir

20.02.2013

Fevralın 20-də Səbail rayonu ərazisində, Milli Parkda, 60-65 yaşlı kişi özünü dənizə ataraq intihar etmişdir. Onun meyiti dənizdən çıxarılmışdır.

Qazax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

20.02.2013

Fevralın 20-də saat 20.00 radələrində Qazax şəhəri ərazisində, şəhər sakini Ziyaddin Həmşəyev "VAZ-21070" markalı avtomaşını idarə edərkən, onu qarşıda gedən Ağstafa rayon sakini Ramil Qəfərovun idarə etdiyi "QAZel" markalı avtomaşına vurmuşdur. Nəticədə Z.Həmşəyevin xəsarət almış sərnişini Vüqar Xatınov xəstəxanada ölmüşdür.

Şamaxı rayon sakini K.Şakirovun evində partlayış baş vermişdir

20.02.2013

Fevralın 20-də saat 08.10 radələrində Şamaxı rayonunun Mədrəsə qəsəbə sakini Kamal Şakirovun evində təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə yanıq xəsarəti almış ev sahibi, arvadı Məqbulə, qardaşı Şakir, qohumları 1 yaşlı Rumeysə və Nəzirə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Bakı şəhər sakini S.Quliyevanın qadınları fahişəliyə cəlb etməsi və əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir

20.02.2013

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini Səbinə Quliyevanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi və Xətai rayonu ərazisindəki mənzillərdən birində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir.

Qəbələ rayon sakini A.Məmmədəliyevin həmyerlisi A.Babayevi əmək haqqı ödəmədən tikinti işlərinə cəlb etməsi müəyyən edilmişdir

20.02.2013

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində 2012-ci ilin aprel ayında Qəbələ rayon sakini Akif Məmmədəliyevin, həmyerlisi Amil Babayevi Rusiya Federasiyasının Qroznı şəhərinə apararaq əmək haqqı ödəmədən tikinti işlərinə cəlb etməsi müəyyən edilmişdir.

Sərnişin avtobusunda Bakı şəhər sakini E.Babayevin cibindən oğurluğa cəhd göstərmiş F.Fərzəliyev tutulmuşdur

20.02.2013

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də 133 №-li xətt avtobusunda, şəhər sakini Elşad Babayevin cibindən 236 manat pul və şəxsi sənədlərini oğurlamağa cəhd göstərmiş, əvvəllər məhkum olunmuş Fazil Fərzəliyev tutulmuşdur.

Fevralın 18-də piyada T.Quliyevin xəsarət alması ilə nəticələnən YNH-ni törətmiş sürücünün şəxsiyyəti müəyyən edilmişdir

20.02.2013

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Tərlan Quliyevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "Honda" markalı avtomaşının sürücüsü Pərviz Tahirov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Tovuz rayonu ərazisində silah-sursat tapılmışdır

20.02.2013

Tovuz RPŞ əməkdaşları tərəfindən rayon ərazisində 1 ədəd "Beşaçılan" tüfəng, 1 ədəd qumbara, 67 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı tapılmışdır.

Fevralın 18-də Zaqatala rayon sakini G.Məmmədovanın evindən bankomat kartlarını oğurlayaraq hesabındakı pulu çıxartmış Ə.Rəhimov tutulmuşdur

20.02.2013

Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də rayon sakini Gülzar Məmmədovanın evindən 2 ədəd bankomat kartı oğurlayaraq hesabındakı 1665 manat pulu çıxartmış əvvəllər məhkum olunmuş Əziz Rəhimov tutulmuşdur.

"Kolin İnşaat AŞ" şirkətinin həyətindən inşaat materialları oğurlamış Sabirabad rayon sakinləri S.Atakişiyev və İ.Abuşov tutulmuşlar

20.02.2013

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da "Kolin İnşaat AŞ" şirkətinin həyətindən 750 manat dəyərində inşaat materialları oğurlamış Qalaqayın kənd sakinləri Savalan Atakişiyev və İlham Abuşov tutulmuşlar.

2 nəfər dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

20.02.2013

Fevralın 20-də Sumqayıt şəhər sakini Aişə Balayeva və Abşeron rayon sakini Səxavət Nəbiyev evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.